Posted by admin
20 sentyabr 2022, Bakı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyi layihə çərçivəsində görüşləri davam etdirir.
Belə ki, “Şuşaya qayıdış prosesinə dəstək məqsədilə “ağıllı şəhər” (“smart city”) və “ağıllı kənd” (“smart village”) layihəsinin icrasında vətəndaş iştirakçılığı üzrə qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və maarifləndirmə işinin təşkili” layihəsi İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tobias Lonrentzson ilə müzakirə edilmişdir.
İsveç Krallığının Azərbaycan Respublikasındakı səfirliyində baş tutan görüşdə cənab Tobias Lonrentzson ilə İsveçin ağıllı şəhər və ağıllı kənd təcrübəsi ətrafında fikir mübadiləsi aparılmış, müvafiq konepsiyanın Zəngilan rayonunun Ağalı kəndi daxil olmaqla işğaldan azad olunmuş ərazilərdə tətbiqi istiqamətində mövcud imkanlar müzakirə edilmişdir.
Əlavə olaraq, “ağıllı şəhər”/”ağıllı kənd” layihəsinin icrasında vətəndaş iştirakçılığının təmin olunması, vətəndaşların yeni eko sistemə uyğunlaşması, onların rəqəmsal savadlılığının öyrənilməsi istiqamətində görüləcək işlərlə bağlı məlumat verilmişdir.
Layihə çərçivəsində öyrəniləcək beynəlxalq təcrübənin əsas komponentlərini müəyyənləşdirmək üçün “ağıllı şəhər”/”ağıllı kənd” konsepsiyasının digər maraqlı tərəfləri ilə də görüşlər davam etdirilir.
Tag :