Posted by admin
27 sentyabr 2022, Bakı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyi layihə çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə onlayn görüş keçirmişdir.
Görüş zamanı Ağalı kəndində görülmüş işlər və tətbiq olunan ağıllı həllər müzakirə olunmuş, “ağıllı şəhər” / “ağıllı kənd” konsepsiyalarının uğurla icra olunduğu Sinqapur və Danimarka təcrübələri təhlil edilmişdir. Qabaqcıl beynəlxalq təcrübələrin Şuşada və işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda tətbiqi perspektivləri müzakirə olunmuşdur.
Əlavə olaraq, “Ağıllı şəhər” / “Ağıllı kənd” layihələrindən yararlanacaq, rəqəmsal həllərdən rahat və effektiv şəkildə istifadə edəcək “Ağıllı vətəndaş” (Smart Citizen) modelinin formalaşdırılması üsulları barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, layihə çərçivəsində aidiyyəti qurumlarla görüşlər davam etdirilir.
Tag :