Posted by admin
26 sentyabr 2022, Bakı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” ictimai birliyi layihə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nümayəndələri ilə onlayn görüş keçirmişdir.
Görüş zamanı post-konflikt dövründə bərpa və yenidənqurma prosesində müasir həllərin tətbiqi, həmçinin repatriasiya (Vətənə qayıdış) sonrası Şuşa sakinlərinin həmin müasir texnologiyalardan istifadəsinin asanlaşdırılması üsulları müzakirə olunmuşdur.
Komitənin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Ramil Cahangirov tərəfindən Şuşa nümunəsində müasir texnologiyaların zəngin tarixi irslə ziddiyyət təşkil etmədən effektiv tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanmışdır.
Həmçinin sakinlərin bu və digər əlaqədar mövzularda fikirlərinin öyrənilməsi məqsədilə tərtib olunacaq sorğuların əsas istiqamətləri təhlil olunmuşdur.
Qeyd edək ki, layihə çərçivəsində aidiyyəti qurumlarla görüşlər davam etdirilir.
Tag :