Posted by admin
11.10.2018 / Biləsuvar, Azərbaycan “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “İdarə olunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” layihəsinin icrasını davam etdirir. Prezident yanında Qeyri-Hökumət Təşkilatları. Layihə çərçivəsində növbəti tədbir Biləsuvarda baş tutub. Tədbirdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər. Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı bildirib ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edirlər. O, qeyd edib ki, yerli icra hakimiyyəti QHT-lərin təşəbbüslərinə hər zaman həssas yanaşır, ictimai müzakirələrin təşkilində yaxından iştirak edir. Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə bildirib ki, internetin geniş baza tapdığı ölkədə mövcud şərait söz və ifadə azadlığı baxımından müsbət məqamdır. Bununla belə, ayrı-ayrı şəxslərin sosial şəbəkələrdən istifadəsinin cəmiyyətin maraqlarına zidd olmamasına çalışmaq lazımdır. Onun sözlərinə görə, xüsusilə ekstremal vəziyyətlər zamanı sosial şəbəkələrdə yaranan ictimai rəy mənfi nəticələrə səbəb ola bilər. Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov sosial şəbəkələrdə iştirak edən gəncləri milli maraqların fəal müdafiəçisi olmağa çağırıb. O qeyd edib ki, Azərbaycanla bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün sosial şəbəkələrin imkanlarından maksimum istifadə etmək lazımdır.
Tag :