
Şübhəsizdir ki, sosial media böyük təsirə malikdir. Hər gün Facebooka, təxminən, 300 milyon yeni fotoşəkil yüklənir, saniyədə altı min Tvit göndərilir. Ən məşhur YouTube kanallarına həftəlik 14 milyarddan çox baxış olur. Mesajlaşma proqramı olan Telegramın isə 500 milyondan çox istifadəçisi vardır. Bu cür platformalar, həmçinin sabitliyi pozmağa təşviq etmək, siyasi münaqişənin yayılması üçün meydan yaratmaq və zorakılığa çağırış üçün də istifadə edilmişdir. Tədqiqatçılar hesab edirlər ki, xeyli sayda dövlət tərəfindən dəstəklənən və özəl korporasiyaların manipulyasiyası nəticəsində sosial mediada dezinformasiya kampaniyaları ən azı 81 ölkədə fəaliyyət göstərib ki, bu tendensiya hər il daha da artmaqdadır. Layihənin məqsədi sosial mediada, xüsusən də Azərbaycanın regionlarında məktəblilər arasında saxta xəbərlər və dezinformasiya haqqında maarifləndirmə aparmaq və social mediadan səmərəli istifadə etmək üçün bir çox maraqlı tərəflərə tövsiyələr vermək olmuşdur.
Layihənin məqsədi sosial mediada, xüsusən də Azərbaycanın regionlarında məktəblilər arasında saxta xəbərlər və dezinformasiya haqqında maarifləndirmək və ondan səmərəli istifadə etmək üçün bir çox maraqlı tərəflərə tövsiyələr vermək olub.