Hər kəs üçün ortaq anlayış olmasa da, “Ağıllı şəhər”in məlumat və texnologiya ilə birbaşa əlaqəli olduğu mövzusunda hamı həmfikirdir. Şəhərlərin yalnız bina, kommunal xidmətlər, server və şəbəkələrdən ibarət olmadığını nəzərə alaraq, ən mühüm komponentlərdən olan sakinlərin yerini və rolunu xüsusi qeyd etməliyik. “Ağıllı şəhər”in mühüm elementi olaraq sakinlərin daşıdığı əhəmiyyət şəhər quruculuğu ilə əlaqədar aşağıdakı sualın aktuallağını daha da artırır: “Ağıllı şəhər” kim üçün qurulur?
Ağıllı şəhər rəqəmsal texnologiyaları öz şəbəkə, xidmət və infrastrukturlarına inteqrasiya etməklə, başqa sözlə desək, İKT-nin son nailiyyətlərindən istifadə etməklə gələcək nəsillərin ehtiyaclarını da nəzərə alaraq, maraqlı tərəflərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Müəyyən olunmuşdur ki, Ağıllı şəhər və icma quruculuğu ilə bağlı strateji addımlar atılarkən 6 əsas sahə nəzərə alınmalıdır. Başqa sözlə, Ağıllı şəhər göstərilən altı əsas sütundan ibarətdir:
Ağıllı Hökumət
Ağıllı İqtisadiyyat
Ağıllı Ətraf Mühit
Ağıllı Yaşayış
Ağıllı Mobillik
Ağıllı İnsanlar